"Beşiktaş"da hədəf: İsko
27.11.2023 - 00:09
"Beşiktaş" qış fasiləsində hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Betis"də çıxış edən İskodur. Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Beşiktaş" 31 yaşlı yarımmüdafiəçi üçün İspaniya klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, İsko cari mövsümdə "Betis"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Sumqayıt" Ekvador millisinin futbolçusunu transfer etdi - Detallar
- Musa Qurbanlı "Yurqarden"in iştirak ərizəsinə düşə bilmədi - Səbəb
- Kazimi Qudiyev: "Vitali indi öz klubunda yaxşı oynamalıdır"
- Kuadradodan ərəb təklifinə imtina
- Qurban Qurbanov: "Bu matçda bir, yoxsa üç xal sərfəli olardı" - MÜSAHİBƏ
0
0