“Beşiktaş”dan Adama Traore bombası
01.11.2024 - 14:36
Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş” qışda heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, “qara qartallar” “Fulhem”in oyunçusu Adama Traore ilə maraqlanır. Baş məşqçi və texniki heyətin də qərarı ilə komanda oyunçu üçün İngiltərə klubuna qışda təklif göndərəcək.
2023-cü ildə “Vulverhempton”dan “Fulhem”ə keçid edən oyunçu bu mövsümkü çıxışı ilə yenidən diqqətləri özünə çəkməyi bacarıb.
Qeyd edək ki, 28 yaşlı Traore karyerası ərzində “Barselona”, “Aston Villa”, “Midlsbro” və “Vulverhempton” komandalarının şərəfini qoruyub.
- “Araz-Naxçıvan”ın oyunçusu: "Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub
- Boksçularımızdan Qazaxıstanda 2 bürünc medal
- "Renn" 3 xalı 3 qolla qazandı
- Rəşad Sadıqov: “Qiymətləndirmək zamanı deyil" - VİDEO
0
0