“Beşiktaş”dan “Korintians”a - RƏSMİ
13.01.2026 - 00:14
“Beşiktaş”dan “Korintians”a - RƏSMİ

“Beşiktaş”dan ayrılan Qabriel Paulistanın yeni ünvanı müəyyənləşib.

Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

35 yaşlı oyunçu “Korintians”a transfer olunub. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Razılaşmaya əsasən, futbolçu ilə 2027-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Qabriel Paulista 2024-cü ildən “Beşiktaş”da çıxış edirdi.