“Beşiktaş”ın əfsanə futbolçusu vəfat edib
03.12.2025 - 23:40
“Beşiktaş”ın və Türkiyə millisinin sabiq futbolçusu Faruk Karadoğan vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Karadoğan 1965–1972-ci illər arasında "Beşiktaş"ın formasını geyinib və bu müddətdə komandanın qazandığı iki liqa çempionluğunda mühüm pay sahibi olub.
Qeyd edək ki, o, “Beşiktaş”la yanaşı “Adanaspor”, “Gənclərbirliyi” və “Çukurova İdman Yurdu Spor” klublarında da çıxış edib. 37 matçda "ay-ulduzlu"ların şərəfini qoruyub.
- Braziliyalı yarımmüdafiəçi "Sumqayıt"da
- Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezident seçildi
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"
- "Sumqayıt"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib
- Yuri Vernidub: “Sabah”a dəstək olmağa hazırıq”
0
0