“Betis” üçün iki müdafiəçi
10.07.2023 - 23:09

“Betis” yay fasiləsində heyətinə daha iki futbolçu qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, “Barselona”nın sabiq müdafiəçisi Ektor Belyerin və “Lids”in arxa xətt oyunçusu Mark Roka Sevilya təmsilçisinə keçməyə yaxındır.
Belyerin yeni klubuna azad agent kimi qoşulacaq. 28 yaşlı müdafiəçinin “Sportinq”lə müqaviləsi başa çatıb.
Roka isə sonradan alınma hüququ ilə icarəyə veriləcək. Bununla bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Belyerin əvvəllər “Betis”də icarə əsasında forma geyinib.
- Rafinya “Barselona” ilə müqavilə bağladı
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- Türkiyə millisinin üzvü “Dortmund”a geri qayıdıb
- Azərbaycanda futbolun inkişafı üçün ayrılmış vəsaitin məbləği açıqlanıb
- Meşvildişvili Olimpiadanı bürünc medalla başa vurub
0
0