"Betis"in futbolçusu AVRO-2024-ü buraxacaq
21.05.2024 - 12:43
La Liqa təmsilçilərindən "Sevilya Betis"in və İspaniya millisinin futbolçusu İsko əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Bu səbəblə yarımmüdafiəçi 2024-cü il Avropa çempionatında iştirak şansını itirib.
Cari İspaniya çempionatında İsko 29 oyun keçirib. 32 yaşlı yarımmüdafiəçi 8 qol və 5 məhsuldar ötürmə edib. La Liqanın son turu öncəsi “Betis” 56 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Azər Bağırov: "Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır"
- "Beşiktaş"dan "Yunion"a - RƏSMİ
- “Qaradağ Lökbatan” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
- FIFA U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası baş tutub
- Samir Abasov: “Sanki digər komandalar uduzmur”
0
0