Bombardiri ilə yeni müqavilə
                    
                    25.07.2022 - 17:52
                        
                    
                    İspaniyalı hücumçu Yaqo Aspas “Selta” ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Viqo təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Forvard 2025-ci ilədək La Liqa təmsilçisinin şərəfini qoruyacaq. Aspas yetirməsi olduğu “Selta”da 2009-13-cü illərdə çıxış edib. Sonra “Liverpul” və “Sevilya”nın formasını geyinən Yaqo 2015-ci ildə Viqo təmsilçisinə qayıdıb.
Qeyd edək ki, 418 matçda 184 qola imza atan 34 yaşlı hücumçu klub tarixinin ən yaxşı bombardiridir.
 
                                
                                0
                                
                                0