Bonifeys Ronaldo ilə komanda yoldaşı olacaq
29.01.2025 - 14:42
Bundesliqa təmsilçilərindən “Bayer”in oyunçusu Viktor Bonifeysin Səudiyyə Ərəbistan Pro Liqa nəhəngi “Əl-Nəsr”ə keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, nigeriyalı hücumçu yeni klubunda mövsümdə 15 milyon avro qazanacaq.
“Əl-Nəsr” isə bu keçid üçün “Bayer”ə 60 milyon avro ödəməli olacaq. Bu o deməkdir ki, 24 yaşlı futbolçu indiki maaşının təxminən 6 qatını qazanacaq. başlayacaq.
Bonifeys artıq tibbi müayinədən keçib və tezliklə Səudiyyə Ərəbistan klubu bu transferi açıqlayacaq.
Qeyd edək ki, ulduz futbolçu Kristiano Ronaldo da 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.
- II Liqa: "Şimal" və "Şahdağ Qusar"dan darmadağın
- Zeyd Ələsgərov: "İnanıram ki, EYOF-da uğurlu çıxışımı davam etdirəcəm"
- Saşa Yunisoğlu: “Canni de Byazi ilə vidalaşmaq ehtimalı böyükdür” - MÜSAHİBƏ
- Zaur Həşimov: “İndidən deyə bilərik ki, "Qarabağ" "Linkoln" səddini keçəcək" - MÜSAHİBƏ
- Portuqaliyalı futbolçu "Yuventus"da qalacaq
0
0