Bonuççi "Yuventus"u məhkəməyə verir - SƏBƏB
12.09.2023 - 15:35
Leonardo Bonuççi "Yuventus"u məhkəməyə verəcək.
Apasport.az saytı xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi keçmiş klubundan şikayətçidir.
Veteran futbolçu heç bir izahat vermədən məşqdən kənarlaşdırıldığı üçün maddi təzminat tələb etmək niyyətindədir. Bonucci iddia edir ki, klubun bazasına daxil olmasına icazə verilməməsi onun imicinə ziyan vurub. İtaliya millisinin sabiq futbolçusu məhkəmədə qalib gələcəyi təqdirdə alacağı məbləği xeyriyyə fondlarına bağışlayacaq.
Qeyd edək ki, 12 il "Yuventus"da çıxış etmiş Leonardo hazırda Almaniyada “Union”unun şərəfini qoruyur.
- Aspilikueta Yaponiyaya qəsdən uduzmaları barədə iddialara cavab verdi
- Tanınmış futbolçu zədəələnib: 1 ay meydandan kənarda qalacaq
- Hacı Əliyev “Al Marketlər”in xüsusi içkisi “Horss”un siması oldu!
- Misli Premyer Liqası: Ayın qolu mükafatına namizədlər - VİDEO
- Mbappenin məşqi buraxmasının səbəbi açıqlandı
0
0