"Bornmut" ispaniyalı məşqçisi ilə müqavilə müddətini uzatdı
13.05.2024 - 17:33
"Bornmut" baş məşqçisi Andoni İraola ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
Andoni klubu ilə 2026-cı ilin ortalarına qədər davam edəcək əmək müqaviləsi imzalayıb.
İspaniyalı keçən yay "Bornmut"u çalışdırmağa başlayıb. O, Premyer Liqa klubunda 43 rəsmi oyun keçirib, 17 qələbə, 9 heç-heçə və 17 məğlubiyyət ilə yadda qalıb.
Xatırladaq ki, Andoni İraola Premyer Liqada mövsümün sonunda ən yaxşılar üçün mükafat uğrunda mübarizə aparan beş məşqçidən biridir.
- Taekvondoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB
- Felipe Santos: "Qəbələ" kuboku qazanan komandanın özəyini qoruyub saxlasaydı..." - Müsahibə
- Riçard Almeyda: “Braqa” “Qarabağ”a bənzəyir, amma..."
- Murat Dikmen: "Matç ilk dəqiqlərdən bizim nəzarətimiz altında keçdi"
- Azərbaycanın 3 boksçusu III MDB Oyunlarına qələbə ilə başlayıb
0
0