"Borussiya" Yan Matseni buraxmaq istəmir
30.04.2024 - 17:58
Dortmund "Borussiya"sı Yan Matseni klubda saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, Dortmund klubu oyunçunu qış "transfer pəncərəsi"ndə "Çelsi"dən icarəyə götürüb.
Nüfuzlu insayder Fabrizio Romanonun sosial şəbəkələrdə verdiyi məlumata görə, Dortmund 22 yaşlı Matseni komandada saxlamağa çalışacaq.
Futbolçunun özü Dortmundda xoşbəxt olsa da, hollandiyalını almaq çətin olacaq. Yan Matsenin müqaviləsinə 35 milyon funt sterlinqlik satın alma variantı daxildir. Əgər reallaşarsa, bu, "Borussiya" üçün rekord transfer olacaq.
- "Azərreyl" heyətinə 2 voleybolçu qatdı
- "Azərreyl" UNEC-ə qarşı, debütantlar üz-üzə - YENİLƏNİR
- Belajdi Pusi: "Növbəti matçlarımızı da qələbə ilə başa vursaq..." - Müsahibə
- Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal
- Premyer Liqada çempionluq şansları açıqlandı - “Mançester Siti”...
0
0