Braziliya millisinin üzvü butslarını mismardan asdı
20.11.2025 - 22:39
Braziliya millisi və “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Fernandinyo peşəkar futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə 40 yaşlı oyunçu özü açıqlama verib.
Fernandinyo futbolda hər şeyi qazandığını və oynamaq üçün motivasiyasının qalmadığını bildirib.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi karyerası ərzində “Atletiko Paranaense”, “Şaxtyor” və “Mançester Siti” klublarında çıxış edib. Təcrübəli futbolçu Braziliya yığmasının heyətində 53 oyuna çıxaraq 2 qol vurub.
- “Aston Villa”nın müdafiəçisi İtaliya yolunda
- Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqlayıb
- "Arsenal" Premyer Liqanın bombardiri ilə maraqlanır
- Vüsal İsgəndərli: “Bir saata yaxın hamı səssiz oturdu, heç nə danışmadı...” - MÜSAHİBƏ
- Avstriya evdə, Niderland səfərdə qələbə qazandı - YENİLƏNİB
0
0