Braziliyalı mövsümü erkən başa vurdu
14.01.2025 - 15:11
İngiltərə Premyer Liqası təmsilçilərindən “Arsenal”da ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, “topçuların” əsas qol silahlarından biri Qabriel Jesus xəsarət alıb.
İngiltərə Kubokunun III turunun “Mançester Yunayted”lə görüşündə zədələnən oyunçunun vəziyyətinə aydınlıq gəlib.
Bu barədə baş məşqçi Mikel Arteta açıqlama verib. O, 27 yaşlı forvardın çarpaz bağlarının qopması nəticəsində mövsümü başa vurduğunu bildirib.
Qeyd edək ki, Jesus bu mövsüm 27 rəsmi qarşılaşmada 7 qol, 2 assistlə yadda qalıb.
- AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar
- Türkiyə klublarının günü
- Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Mikel Arteta: "Tarix yazmaq üçün Parisdəyik"
0
0