“Nyukasl” futbolçusu Bruno Gimaraynsla müqaviləni uzatmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu braziliyalı yarımmüdafiəçiyə yeni anlaşma təklif edəcək.
İngiltərə təmsilçisinin rəhbərliyi 24 yaşlı futbolçunu satmaq istəmir. Bu üzdən ona təklif olunan müqavilədə Brunonun maaşı artırılacaq.
Cənubi amerikalı 2022-ci ilin əvvəlində “Lion”dan 42 milyon avroya transfer olunub. Bir müddət əvvəl Gimarayns “Real”a keçid barəsində danışıqlar aparıldığını açıqlayıb.
Qeyd edək ki, müqaviləsi 2026-cı ildə başa çatacaq braziliyalı cari mövsümün 7 matçında 2 qol vurub.
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- Mariya Stadnik karyerasını bitirdi? - Eksklüziv
- NBA: "Nyu-York Niks" yarımfinalda "İndiana Peysers"lə bacarmadı
- Üzgüçülərimiz Latviyada 25 medal qazanıb
- "Şaxtyor" "Çelsi" ilə razılığa gəldiyini təsdiqlədi