“Brentford”un ulduzu nəhəng klubların transfer siyahısındadır
07.05.2024 - 12:58
İngiltərə Premyer Liqa təmsilçilərindən “Brentford”un hücumçusu İvan Toni ilə bir neçə London klubu maraqlanır.
Apasport.az “Football Transfers”ə istinadən xəbər verir ki, forvardı transfer etmək üçün əsas namizədlər “Tottenhem” və “Vest Hem”dir.
Mənbənin məlumatına görə, Toni gələn yay “Brentford”dan ayrılmağa hazırdır.
“Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir. 28 yaşlı İvan cari mövsümdə 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Çempionlar Liqasında PÜŞKATMA
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- "Qarabağ"ın yeni transferinin nömrəsi bilindi - FOTOLENT
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- “Atalanta”dan heç-heçə, “Bolonya” qələbə qazanıb
0
0