Bruno daha 3 il "Mançester"də
                    
                    11.08.2024 - 15:22
                        
                    
                    İngiltərənin "Mançester Yunayted" klubu portuqaliyalı yarımmüdafiəçi ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bruno Fernandeş 2027-ci ilə qədər "qırmızı şeytanların" şərəfini qoruyacaq. Müqavilədə həmçinin + 1 maddəsi də var.
Qeyd edək ki, 29 yaşlı ulduz futbolçu 2019-cu ildən bəri Mançester təmsilçisinin heyətindədir.
                                
                                0
                                
                                0