
İstanbulda hazırda "Fənərbaxça" klubunun konqresi keçirilir.
Apasport.az xəbər verir ki, klubun və Türkiyə milli komandasının sabiq futbolçularından Ümit Özat ilə komandanın keçmiş rəhbərlərindən Hakan Bilal Kutlualp arasında gərginlik yaşanıb.
İkili yan-yana gəldikləri anda aralarında mübahisə baş verib.
Ümit Özat, “Azarkeşlər bizim sayəmizdə "Fənərbaxça"lı olurlar, sənə görə yox. Bu klubda sən futbol oynamısan? Bu kluba bir qəpik də verməmisən” deyərək etirazını bildirib. Hakan Bilal Kutlualp isə “Sən də oynamısan və maaşını almısan" deyib.
Bu sözlərdən sonra Ümit Özat bir daha reaksiya verərək, “Can Bartu pul almamışdı? Nə danışırsan? Alex də almamışdı pulunu?” dedi.
Qeyd edək ki, bir müddət sonra, iki tərəf ətrafdakıların müdaxiləsi ilə mübahisəni dayandırıb.
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Mübariz Orucov: "Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm"
- Cüdoçularımızın rəqibləri bəlli olub
- “Adana Demirspor” üçün ağır cəza - komandanın xalı mənfiyə düşdü
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq