Mərakeş millisinin yarımmüdafiəçisi Ayyub Buaddi milli komanda seçimi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, 18 yaşlı futbolçu qərarından razı olduğunu bildirib.
“Fransa əvəzinə Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm. Bununla fəxr edirəm. Bu, ürəyimin seçimi idi”, - deyə Buaddi bildirib.
Fransanın Krey şəhərində anadan olan Ayyub Buaddi Fransanın aşağı yaş qrupları üzrə bütün millilərində, o cümlədən U-21 yığmasında çıxış edib və hətta həmin komandada kapitanlıq da edib.
2026-cı ilin mayında isə o, valideynlərinin vətənini təmsil etmək qərarı verərək idman vətəndaşlığını dəyişib və Mərakeş millisinin formasını seçib.
Qeyd edək ki, Buaddinin komandası DÇ-2026-nın 1/4 finalında Fransaya 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
- Premyer Liqada mövsüm başa çatdı: SON TURUN NƏTİCƏLƏRİ
- Azərbaycan kuboku: 1/8 final mərhələsinin təyinatları açıqlanıb
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
- Azər Həşimov: "Qarabağ"a qarşı oynamaq futbolçular üçün motivasiyadır"
- İngiltərə millisinin sabiq qapıçısı vəfat edib