Bundesliqadan A Seriyasına
13.06.2025 - 00:32
Almaniya Bundesliqası təmsilçilərindən “Borussiya Dortmund"un futbolçusu Niklas Süle karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, müdafiəçi “Milan”ın maraq dairəsindədir.
Bu barədə “Sky Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, A Seriyası klubu yeni idman direktoru İqli Tare 29 yaşlı oyunçunun transferi üçün danışıqlara başlayıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm "sarı-qaralar"ın heyətində 21 rəsmi matçda iştirak edib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- “Qarabağ”ın rəsmisinə UEFA-nın diplomu təqdim edilib
- “Qalatasaray”ın 25-ci çempionluğu Bakıda da coşqu ilə qeyd edilib - FOTO+VİDEO
- Azərbaycan Kuboku: “Neftçi” 1/4 finalda
- Maqomed Adiyev: "Azərbaycan yığması layiqli rəqibdir"
0
0