Bundesliqadan La Liqaya
                    
                    02.08.2023 - 15:53
                        
                    
                    Portuqaliya millisinin futbolçusu Andre Silva klubunu dəyişib.
Apasport.az saytının məlumatına görə, “Leypsiq”in hücumçusu növbəti mövsümü İspaniya La Liqasında keçirəcək.
28 yaşlı forvard “Real Sosyedad”a icarəyə verilib. Silva 2021-ci ilin yayında Leypsiqin eyniadlı təmsilçisinə keçib. O, “Ayntraxt”dan transfer olunub.
Qeyd edək ki, Andre “Leypsiq”də keçirdiyi 95 matçda 26 qol vurub.
                                
                                0
                                
                                0