"Barselona" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Kataloniya klubu "Union Berlin"də çıxış edən Dioqo Leyte ilə yaxından maraqlanır.
Bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Portuqaliyalı futbolçunun Almaniya təmsilçisi ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "Barselona" 26 yaşlı müdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Union Berlin" Dioqo Leyteni 2022-ci ilin yayında "Portu"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
- "Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi - YENİLƏNİB
- Danimarkalı futbolçu: "İnanmıram ki, Bakıda saat fərqi bizə təsir etsin"
- Ən çox maaş alan futbolçular açıqlandı – “10-luq”
- "Qalatasaray" erməni futbolçunu transfer etmək istəyir
- "İmişli" "Karvan"ı 2 qolla keçdi, "Qəbələ" və MOİK-dən 3 xal - YENİLƏNİB