Can Uzun Bundesliqa klublarının radarında
02.04.2024 - 14:03
Bundesliqa 2-də mübarizə aparan “Nürnberq” komandasında çıxış edən Can Uzun göstərdiyi performansla digər Almaniya klublarının diqqətini cəlb edib.
Apasport.az xəbər verir ki, milli komanda üçün Türkiyəni seçən 18 yaşlı futbolçu artıq 2 Bundesliqa komandasının radarındadır.
Futbolçu ilə "Borussiya Dortmund" və "Ayntraxt Frankfurt" klubları maraqlanır.
Bundan əvvəl mətbuatda türkiyəli futbolçunun “Ayntraxt Frankfurt”da sağlamlıq yoxlamasından keçdiyi iddia edilmişdi.
Qeyd edək ki, Can Uzun bu mövsüm "Nürnberq"in heyətində 26 oyun keçirib, 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
- "Çelsi"nin hücumçusu Premyer Liqa tarixində 200-cü het-trikə imza atıb
- "Fənərbaxça"nın legionerinə "Qalatasaray"dan təklif var
- “Kəpəz” “qış təmizliyinə” hazırlaşır – iki legionerlə yollar ayrılacaq
- “Mançester Yunayted” niderlandlı müdafiəçidən əl çəkmir
- Daha 2 taekvondoçumuzun dünya çempionatında rəqibi bilindi
0
0