Aleksander Çeferin UEFA prezidenti postunda uzun müddət qalmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, 2016-cı ildən qitə futbol qurumuna rəhbərlik edən 56 yaşlı Çeferinin səlahiyyət müddəti 2027-ci ildə bitəcək.
Qaydalara əsasən bir nəfər yalnız 3 seçkidə sözügedən vəzifəni icra edə bilər. 2019 və 2023-cü illərdə təkrar bu posta seçilmiş futbol funksioneri qurumdakı səlahiyyətlərini davam etdirmək üçün qanunlarda düzəlişlər etməyi təklif edib.
Məlumatda UEFA üzvlərinin 2024-cü il fevralın 8-də Parisdə keçiriləcək konqresdə bu məsləni müzakirə edəcəyi və dəyişikliklər üçün səsvermə keçiriləcəyi bildirilir.
- Millimizin baş məşqçisi: “Heyətimizdə zədəli futzalçı çoxdur”
- "Zirə" Türkiyəyə yollandı - FOTOLENT
- Rəşad Sadıqov: "Ən azı 3-4 oyunçu transfer etməyi düşünürük" - MÜSAHİBƏ
- WMF və EMF rəhbərliyi Bakıdakı idman kompleksləri ilə tanış oldular
- Səid İsmayılov: “Məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik”