"Çelsi" İngiltərə millisinin müdafiəçisini almaq istəyir
13.04.2025 - 15:25

Londonun "Çelsi" klubu "Kristal Pelas"ın müdafiəçisi Mark Quehi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, “təqaüdçülər”in rəhbərliyi futbolçunun transferi üçün 57 milyon avro ayıracaq.
"Kristal Pelas" isə bu transferdən 80 milyon qazanmaq istəyir.
Müdafiəçi bu mövsüm "Kristal Pelas"ın heyətində 37 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatacaq.
0
0