“Çelsi” üç müdafiəçisi ilə vidalaşacaq
11.10.2023 - 13:44
“Çelsi”nin qış transfer pəncərəsi ilə bağlı planları bəlli olub.
Apasport.az xəbər verir ki, İngiltərə klubu heyətdə bəzi islahatlar aparmağı planlaşdırır.
Klub rəhbərliyi bir neçə oyunçu ilə vidalaşmağa qərar verib. Bu futbolçulardan üçünün adı dəqiqləşib.
Londonlular üç müdafiəçini satmağı planlaşdırır. Malanq Sarr, Trevor Çaloba və Yan Maatsen “Çelsi”nin “qara siyahı”sındadır.
Qeyd edək ki, paytaxt təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
- Avstriya millisinin Avro-2024 üçün yekun heyəti bəlli oldu
- Millimiz finalda məğlub oldu, gümüşlə kifayətləndi
- Ulduz futbolçular Heydər Əliyev Mərkəzində olublar
- "Real" Çempionlar Liqasının finalına vəsiqə qazandı - YENİLƏNİB
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
0
0