“Çelsi” üçün 53 milyonluq müdafiəçi
27.05.2022 - 12:56
“Çelsi” “Brayton”un futbolçusu Mark Kukurelyanı transfer etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi 23 yaşlı müdafiəçinin keçidini həll etmək üçün 53 milyon avro ödəməlidir.
Amma “Brayton” rəhbərliyi bu məbləğdə güzəştə də hazırdır. Markın keçidinin 36 milyona reallaşması da mümkündür. Kukurelyanın xidmətində “Mançester Siti” və “Tottenhem” də maraqlıdır.
Qeyd edək ki, Kukurelya başa çatan mövsümün 39 oyununda 1 qol vurub.
- Zaur Həşimov: "Zirə" Konfrans Liqasının ilk matçında layiqli qələbə qazandı" - Müsahibə
- Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
- Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq
- Cəmi 3 ay komandada qaldı: "Fənər"in oyunçusu klubu tərk etdi
- “Amyen”in yetirməsi “Neftçi”nin transfer siyahısında
0
0