“Çelsi”dən 65 milyonluq transfer
26.05.2023 - 10:14
“Çelsi” yayda heyəti gücləndirməyi hədəfləyir.
Apasport.az saytı xəbər verir ki, ingilislər “Sportinq”in yarımmüdafiəçisi Manuel Uqarteyə elçi düşüb.
London klubu 22 yaşlı uruqvaylının keçidi üçün Portuqaliya klubu ilə danışıqlara başlayıb.
Futbolçu ilə 6 illik müqavilə imzalamağı planlaşdıran “zadəganlar” qarşı tərəfə 65 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2021-ci ildən “Sportinq”in şərəfini qoruyan Uqarte bu mövsüm 47 oyunda 1 məhsuldar ötürmə edib.
- "Qarabağ"ın ardıcıl 4-cü qış çempionluğu
- Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
- "Fənərbaxça" En-Nesri əvəzinə 2 ulduz ad arasında seçim edəcək
- Slot "Qalatasaray" məğlubiyyətini unuda bilmir: "VAR o penaltini ləğv etməliydi, amma..."
- Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
0
0