“Çelsi”dən “Tottenhem”ə
09.04.2025 - 21:28

"Çelsi"nin futbolçusu Noni Madueke Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli vingeri Londonun digər klubu "Tottenhem" heyətinə qatmaq istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Tottenhem" yayda onun klubu ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, "Çelsi" Noni Maduekeni 2023-cü ilin yayında PSV-dən transfer edib.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "zadəganlar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 8 qol, 4 assistlə yadda qalıb.
- Azərbaycanın sambo əfsanəsi Əbülfəz Əliyevə həsr olunmuş tədbir keçirilib - VİDEO
- Emreli "Nürnberq"in ən çox qazanan futbolçularındandır
- "Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ
- "Qarabağ"dan darmadağın, "Sumqayıt"dan inamlı qələbə - YENİLƏNİB
- Ağstafada futbol festivalı keçirilib - FOTO
0
0