“Çelsi”ni “Bayer”ə dəyişdi
24.08.2022 - 12:45
“Çelsi”nin yarımmüdafiəçisi Kallum Hadson-Odoinin yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək.
İngiltərə millisinin üzvü “Bayer”lə anlaşıb. Premyer Liqa klublarının icarə təkliflərindən imtina edən Hadson-Odoi bu həftənin sonuna kimi Leverkuzen təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək. O, cari mövsümü icarə əsasında Bundesliqa klubunda keçirəcək.
Qeyd edək ki, hücumameyilli oyunçu ötən mövsüm Premyer Liqada 15 oyunda 1 qol vurub.
- “Sabah”ın hücumçusu 600 min avrodan imtina etdi - ÖZƏL
- Mbappe Ronaldonun rekordunu təkrarlayıb
- Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq quruma üzv qəbul edilib
- Nadir Nəbiyev: "Belə baxanda Fernandu Santuşu da qınamaq olmur, onun da çox seçim imkanı yoxdur"
- UEFA “Qarabağ”la oyunda yaşananlar üçün “Nant”ı CƏZALANDIRDI
0
0