"Çelsi"nin futbolçusu əməliyyat oluna bilər
17.04.2024 - 21:09
"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes belindəki yırtıqdan qurtulmaq üçün əməliyyata girməyi düşünür.
Apasport.az xəbər verir ki, artıq bir neçə aydır ki, hər oyundan əvvəl argentinalıya meydançada diskomfort yaşamaması üçün iynə vurulur.
Enzo əməliyyat olunarsa, onun sağalması təxminən üç həftə çəkəcək.
Qeyd edək ki, argentinalı dünya çempionu bu mövsüm "zadəganlar"ın heyətində İngiltərə Premyer Liqasında 27 matç keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Krunoslav Renduliç: "Oyunun taleyini ilk hissədə həll etməliydik"
- "Qarabağ"ın legioneri cəzalandırıldı
- Mehmet Ak: "İlk matçda "Dinamo" avantajlı olacaq, amma..." - Müsahibə
- Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"
- DÇ: “Yuventus” və "Siti"dən darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİB
0
0