"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka İtaliya klubuna keçə bilər.
Apasport.az xəbər verir ki, "Milan" futbolçunun transferi ilə bağlı danışıqlar aparır.
İtaliya təmsilçisi yarımmüdafiəçini 6 aylıq icarəyə götürmək istəyir. Müqaviləyə mövsüm sonunda futbolçunun satınalma variantı da daxil olacaq.
21 yaşlı ingilis bu mövsüm "Çelsi"nin cəmi 4 matçında iştirak edib.
Çukvuemekanın London klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Onun transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir. Çukvuemeka ötən mövsümə "Çelsi"nin əsas oyunçusu kimi başlamışdı, lakin dizindən aldığı bir sıra zədələr yarımmüdafiəçinin komandada möhkəmlənməsinə mane oldu.
- II Liqada "Ayın qolu" layihəsinin ilk qalibi mükafatlandırılıb
- “Sabah” - “Qarabağ” matçının hakimləri bəlli oldu
- Ronaldo: “Mançester Yunayted”də məni ayrılmağa məcbur edirlər”
- Raşfordun mundialdan sonrakı qol statistikası göz oxşayır
- Premyer Liqada növbəti mövsümün transfer pəncərələrinin vaxtı müəyyənləşdi