PSJ heyətinə yeni hücumçu cəlb edir.
Apasport.az saytının məlumatına görə, Fransa çempionu “Reyms”in forvardı Uqo Ekitikenin transferi ilə bağlı razılığa gəlib.
Tərəflər transferin reallaşması üçün bütün vacib şərtləri razılaşdırıblar və müqavilə imzalanmazdan əvvəl 20 yaşlı oyunçu tibbi müayinədən keçəcək. Fransalı forvardın keçidi parislilərə 35 milyon avroya başa gələcək. Ekitike “Nyukasl”ın da maraq dairəsində olsa da, Fransada qalmağı üstün tutub.
Qeyd edək ki, Uqo Ekitike ötən mövsüm “Reyms”in heyətində 26 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib. O, Fransanın gənclər yığmasının üzvüdür.
- “Hərəyə 2 qol vuraq” - “aksiya”ya “Qarabağ” start
- Çexiya Universitetinin departament rəhbəri Azərbaycan İdman Akademiyasında tədrisə başlayıb
- Braziliya KİV Tofiq Bəhramovun Pele haqqında təəssüratından yazdı
- Ayxan Abbasov: “Millidə işləmək böyük şərəfdir”
- "Fənərbaxça"nın sabiq prezidenti evə buraxılacaq - YENİLƏNİB