Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində daha üç qarşılaşma keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında Kiprin "Omoniya" klubu Qazaxıstan təmsilçisi "Kayrat"ı qəbul edib.
Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Gecənin digər görüşlərində Bolqarıstanın "Levski" komandası Rumıniyanın "Universitatya" (Krayova) kollektivi ilə, Albaniyanın "Eqnatiya" klubu isə Sloveniya təmsilçisi "Selye" ilə üz-üzə gəlib.
22 iyul
UEFA Çempionlar Liqası
21:00. "Omoniya" (Kipr) – "Kayrat" (Qazaxıstan) 1:0
21:30. "Levski" (Bolqarıstan) – "Universitatya" Krayova (Rumıniya) 1:0
23:00. "Eqnatiya" (Albaniya) – "Selye" (Sloveniya) 3:3