Cengiz Ünder heyətdən kənarlaşdırıldı
                    
                    20.08.2025 - 13:36
                        
                    
                    Cengiz Ünder komandada yerini itirib.
Apasport.az xəbər verir ki, futbolçu "Fənərbaxça"nın heyətindən kənarlaşdırılıb.
35 milyon avroya transfer edilən yarımmüdafiəçi "sarı-lacivərdlilər"in iştirak ərizəsində yer almayıb.
O, fevral ayında icarə əsasında "Los Anceles Qalaksi"yə keçib. Ünder mövsümün sonunda yenidən komandaya qayıdıb. Lakin artıq heyətdəki yerini itirib.
Qeyd edək ki, Ünder 2023-cü ilin yayında "Marsel"dən "Fənərbaxça"ya keçib.
                                
                                0
                                
                                0