
“Marsel”in yarımmüdafiəçisi Cengiz Ünder karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Qalatasaray” 25 yaşlı vingerin xidmətində maraqlıdır.
İstanbul nəhəngi Türkiyə millisinin üzvünün “Marsel”də üzləşdiyi durumdan yararlanmaq istəyir. İqor Tudorun gəlişindən sonra əsas heyətdəki yerini itirən Cengizi fransızlar satmaq barədə düşünür. Hətta “Qalatasaray” rəhbərliyinin “Marsel”in prezidenti Pablo Lonqoria ilə bu məsələ ilə bağlı görüşü də olub. “Başakşehir”in sabiq futbolçusu özü də ölkəsinə qayıtmağın əleyhinə deyil.
Qeyd edək ki, Cengiz Ünder bu mövsüm “Marsel”in heyətində 17 oyunda ümumilikdə 625 dəqiqə meydanda olub, cəmi 1 assist edib.
- Trossarın “Dalğa-Arena”nın ot örtüyünə qiyməti - ən pis idi
- "Qarabağ" millinin futbolçusu ilə maraqlanır
- Bir Əfsanənin Faciəsi: "Böyük Torino"nun Son Uçuşu"
- "Araz"ın avrokubokdakı rəqibi heyətini “Benfika”nın yetirməsi ilə gücləndirib
- Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu