Cerard Səudiyyə Ərəbistanında qalır
18.01.2024 - 18:18
“Əl-İttifaq” baş məşqçi Stiven Cerrardla müqavilənin müddətini artırır.
Apasport.az xəbər verir ki, 43 yaşlı ingilis daha 3 il Səudiyyə Ərəbistanında işləyəcək.
Klubla veteran futbolçu arasında danışıqların müsbət yekunlaşdığı və bütün detalların razılaşdırıldığı bildirilir. Cerrard 2023-cü ilin yayından “Əl İttifaq”a rəhbərlik edir.
Qeyd edək ki, 19 turdan sonra 25 xal toplayan komanda turnir cədvəlinin 8-ci pilləsində yer alır.
- Boksçularımızın 2022-ci ildə beynəlxalq yarışda qazandığı medalların sayı açıqlandı
- ABL: Bu gün daha üç oyun keçiriləcək
- Alonsonun "Real" rəhbərliyindən xüsusi istəyi
- Canni De Byazi: "Bura uduzmağa gəlməmişəm"
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
0
0