Cerrard istefaya göndərilir?
30.08.2022 - 09:46
“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard istefaya göndərilə bilər.
Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssisin əvəzləyicisi də artıq məlumdur.
Birmingem klubunun yeni çalışdırıcısının “Brayton”un baş məşqçisi Qrem Potterin olması gözlənilir. Klub rəhbərliyi Premyer Liqanın ilk 4 turunun 3-də məğlub olan komandada dəyişikliyin vacibliyini düşünür. Bu üzdən 47 yaşlı Potterin namizədliyi nəzərdən keçirilir.
Qeyd edək ki, “Aston Villa” 3 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
- Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib
- “Dinamo”nun futbolçusu: “Boqomolski karyerasına gözümün önündə başlayıb” - Müsahibə
- Millimiz Latviya ilə qarşılaşacaq
- "Çelsi"də növbəti Droqba-Lempard tandemi formalaşır: Delap-Palmer
- Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib
0
0