Con Terri “Çelsi”yə dönür
08.07.2023 - 10:34

"Çelsi"nin sabiq kapitanı Con Terri komandaya geri dönəcəyini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, veteran futbolçu İngiltərə klubunun akademiyasında çalışacaq.
42 yaşlı mütəxəssis apreldə "Lester"in baş məşqçisi Din Smitlə çalışanadək də "Çelsi"nin akademiyasında işləyib. Terri 2018-ci ilin oktyabrından 2021-ci ilin iyuluna qədər Aston Villa-da menecer köməkçisi olub.
Qeyd edək ki, London klubunun heyətində 493 matça çıxan futbolçu 40 qol vurub.
- "Neftçi"də Emin Əfəndi dövrü bitdi - Rüstəm Əfsərli qayıdır
- Voleybol Federasiyası bölgələrdə gənc istedad axtarışındadır
- "Xırdalan" turnir cədvəlində dördüncü pilləyə yüksəlib
- Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirdi
- AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar
0
0