Daha bir İngiltərə klubu baş məşqçisini yola salmaq istəyir
                    
                    05.04.2023 - 20:47
                        
                    
                    İngiltərə Premyer Liqası təmsilçisi “Notinqem Forest”də də baş məşqçi dəyişikliyi ola bilər.
Apasport.az xəbər verir ki, “meşəbəyi”lər baş məşqçi Stiv Kuperi istefaya göndərmək istəyir.
Son 8 oyunda qələbə qazana bilməyən komanda hazırda 27 xalla 17-ci sırada qərarlaşıb. Komandanın rəhbərliyi bu durumu düzəltməsi üçün 43 yaşlı mütəxəssisə daha bir neçə oyunluq şans vermək istəyir.
Qeyd edək ki, Stiv Kuper 2021-ci ildən “Notinqem Forest”in baş məşqçisidir.
                                
                                0
                                
                                0