Daha bir klub Türkiyə Kubokundan imtina etdi - Rəsmi
09.12.2024 - 12:36
Super Liqa təmsilçilərindən "Kasımpaşa" 2024/25 mövsümündə Ziraat Türkiyə Kubokunda iştirak etməmək qərarına gəlib.
Apasport.az Türkiyə Futbol Federasiyasına (TFF) istinadla xəbər verir ki, "Kasımpaşa"nın bu mövsüm kubokda iştirak etməyəcəyi rəsmiləşib.
TFF-nin müvafiq idarə heyətinin bu vəziyyətlə bağlı lazımi qiymətləndirmələri aparacağı bildirilib.
Xatırladaq ki, TFF bundan öncə "Fənərbaxça"nın da bu mövsüm Ziraat Türkiyə Kubokunda iştirak etməyəcəyini açıqlamışdı.
- Azərbaycan klublarının Konfrans Liqasındakı mümkün rəqibləri dəqiqləşdi
- En-Nesri "Fənərbaxça"da qalacaq
- Həmyerlimiz Estoniyada keçirilən Prezident Kubokunun ən yaxşı hakimi seçilib
- PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
- "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib
0
0