Braziliya millisinin baş məşqçisi Tite müdafiəçi Dani Alveşi dünya çempionatına qədər komandada saxlamaqda qərarlıdır.
Apasport.az saytının məlumatına görə, çalışdırıcının əsas şərti 39 yaşlı cinah oyunçusunun tezliklə özünə yeni klub tapmasıdır.
“Barselona”dan ayrılan Alveş hazırda azad agent statusu daşıyır. Onunla “Flamenqo” və “Fluminense” danışıq aparsa da, tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər. Bununla belə, futbolçunun Braziliyanın digər klublarından, eləcə də ABŞ və yaxın Şərqdən təklifləri var.
Dani Alveş dünya çempionatında meydana çıxsa, Braziliya yığmasının mundiallar tarixində ən yaşlı oyunçusu olacaq.
Qeyd edək ki, DÇ-2022 noyabr-dekabr aylarında Qətərdə keçiriləcək.
- Cüdoçularımız Valensiyada təlim-məşq toplanışında iştirak edib
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- 2022-ci ilin bombardirləri açıqlandı - Kadi Borqesin 1 qolu çatmadı
- Qurban Qurbanov: “Komandamızın çıxışı gələcəyə ümid verdi”
- Vitali Borisov ona verilən tapşırığı açıqladı