DÇ-2022: Ardıcıl 6-cı uğurlu start
24.11.2022 - 16:57
İsveçrə millisi son 6 dünya çempionatına məğlub olmadan başlayıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə “Opta Sports” statistik portalı məlumat yayıb.
Avropa təmsilçisi əvvəlki 5 mundialdakı uğurlu startını DÇ-2022-nin ilk turunda Kameruna 1:0 hesabı ilə qalib gələrək davam etdirib. İsveçrəlilər axırıncı 6 mundialın startında 3 qələbə, 3 heç-heçə ilə yadda qalıb. Komanda sonuncu dəfə 1966-cı il dünya çempionatının ilk görüşündə Almaniyaya məğlub olub (0:5).
Qeyd edək ki, İsveçrə yığması qrupda ikinci oyununu noyabrın 28-də Braziliyaya qarşı keçirəcək.
- Estoniya – Azərbaycan oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub
- Azərbaycan Kubokunda 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib
- Seriya A klubu Konteyə təklif hazırlayır
- Lo Çelso “Betis”in maraq dairəsində
- Vurğun Hüseynov: “Məşqçi bütün kollektivə cavabdeh olmalıdır”
0
0