DÇ-2022: Fransa millisində növbəti itki
14.11.2022 - 15:07
Fransa millisi DÇ-2022 ərəfəsində daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa Futbol Federasiyası açıqlayıb.
PSJ-nin müdafiəçisi Presnel Kimpembe Qətərdəki mundialda iştirak etməyəcək. Onun əvəzinə “Monako”nun mərkəz müdafiəçisi Aksel Disasi yığmaya çağırılıb. Bu dəyişikliyə Kimpembenin zədəsi səbəb olub.
Qeyd edək ki, Disasi cari mövsümün 23 oyununda 3 qol vurub.
- FİA-dan Cənubi Afrika Qran-Prisinə imtina
- Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Premyer Liqa: Çempion səfərdə məğlub oldu
- Portuqaliya millisinin misirli futbolçusu La Liqa nəhənginin hədəfində
0
0