DÇ-2026: Finalda fasilə nə qədər davam edəcək?
15.07.2026 - 16:04
DÇ-2026: Finalda fasilə nə qədər davam edəcək?

2026-cı il dünya çempionatının final oyununun fasiləsinin 15 dəqiqə deyil, 30 dəqiqə olacağı iddia edilir.

Apasport.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, final matçının fasiləsində dünya ulduzlarının iştirakı ilə musiqi şousu təşkil olunacaq. Proqramda BTS, Castin Biber, Şakira, Koldpley və Madonna kimi məşhurların səhnəyə çıxacaq.

Qeyd edək ki, FİFA daha əvvəl dünya çempionatları tarixində ilk dəfə final matçının fasiləsində xüsusi musiqi şousunun keçiriləcəyini rəsmən açıqlayıb.