DÇ sonrası növbəti istefa - İordaniya millisində ayrılıq
06.07.2026 - 01:29
DÇ sonrası növbəti istefa - İordaniya millisində ayrılıq

DÇ-2026-da qrup mərhələsində mübarizəni dayandıran İordaniya millisində baş məşqçi Camal Sellami istefa verib.

Apasport.az xəbər verir ki, mərakeşli mütəxəssis turnirdən sonra vəzifəsindən ayrılıb.

İordaniya mundialda Argentina, Əlcəzair və Avstriya ilə eyni qrupda yer alıb və 3 məğlubiyyətlə qrup sonuncusu kimi turnirlə vidalaşıb. 

Qeyd edək ki, DÇ-2026 zamanı və turnirdən sonra bir neçə yığmada baş məşqçi istefası yaşanıb. 

Daha əvvəl Tunis millisində Hervi Renard, Şotlandiyada Stiv Klark, Cənubi Koreyada Hon Myon-Bo, Çexiyada Miroslav Koubek, Niderlandda Ronald Kuman, Uruqvayda Marselo Byelsa və Qanada Karlos Keyruş postundan ayrılmışdı.