Argentina millisinin futbolçusu Rodriqo De Paul DÇ-2026-nın Əlcəzairlə oyunundan sonra Lionel Messi barədə maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi komanda yoldaşının fərdi rekordların arxasınca qaçmadığını bildirib.
De Paul Messinin yalnız komandanın uğurunu düşündüyünü deyib:
“And içirəm ki, rekordlar Messinin heç vecinə də deyil. O, fərdi rekordların arxasınca qaçmır. Hətta otaqda çay içərkən onunla zarafat edirik. ‘1-2 qolun qalıb’ deyirik. Heç xəbəri belə yoxdur”.
Qeyd edək ki, Argentina DÇ-2026-nın qrup mərhələsində Əlcəzairə 3:0 hesabı ilə qalib gəlib.
Messi görüşdə het-trik edib və mundiallardakı qollarının sayını 16-ya çatdıraraq Miroslav Klozenin rekorduna şərik olub.
38 yaşlı futbolçu həm də Dünya Kuboku tarixində het-trik edən ən yaşlı oyunçu olub.