Futbol üzrə İtaliya çempionatının 7-ci turunda "Fiorentina" doğma meydanda "Milan"ı qəbul edib.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted"dən ayrıldıqdan sonra 1 il klubsuz qalan və bu yay "Fiorentina"ya keçən David De Xea "Milan"la matçda 2 penalti dəf edərək florensiyalıların 2:1 hesablı qələbəsində müstəsna rol oynayıb.
33 yaşlı "çərçivə qoruyucusu" həm də İtaliya A Seriyasında son 8 ildə bir oyunda 2 penalti çıxaran ilk qapıçı kimi tarixə düşüb.
Qeyd edək ki, sonuncu dəfə 8 may 2016-cı ildə "Karpi" - "Latsio" görüşündə qonaqların qolkiperi Federiko Marketti eyni göstəriciyə nail olmuşdu.
- Bölgə klubu azarkeşlərə görə cəzalandırıldı
- Boksçumuzdan Avropa birinciliyində ikinci qələbə
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- Daha bir İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb
- Fransa - İraq matçında fırtına xəbərdarlığı - Tribunalar boşaldıldı