Deko Qvardiolanın qayıtması ilə bağlı danışdı
08.02.2024 - 14:56

"Barselona"nın idman direktoru Deko Pep Qvardiolanın klubun baş məşqçi postuna mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə cavab verib.
Apasport.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.
“Qvardiolanın dünya səviyyəli məşqçi olduğuna şübhə yoxdur. Klubumuzdan ayrıldıqdan sonra Xosep qələbə qazanmağa davam etdi. O, indi dünyanın ən yaxşı baş məşqçisidir. Amma hələ ki, heç bir mütəxəssislə iş barədə danışmamışıq”, – deyə Deko vurğulayıb.
Qeyd edək ki, Qvardiola 2008-12-ci illərdə Kataloniya nəhəngini çalışdırıb.
- Təmsilçimizdən Avropa Kubokunda bürünc medal
- Ukrayna tarixinin ən bahalı futbolçuları – Zinçenko 2-ci pilləyə yüksəldi
- Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları açıqlanıb
- Forsberq Azərbaycan məğlubiyyəti barədə: "Bu biabırçılıqdır"
- Azərbaycan əsilli güləşçi Avropa çempionatında ilk medalını qazandı
0
0