
“İpsviç”in hücumçusu Liam Delapın gələcəyi İngiltərədə yay transfer pəncərəsinin əsas mövzularından birinə çevrilib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı forvardla Premyer Liqanın bir neçə klubu maraqlanır.
Belə ki, Delapı “Mançester Yunayted”, “Çelsi” və “Everton” öz rənglərinə bağlamaq üçün yarışır. “Everton”un baş məşqçisi David Moyes artıq onunla şəxsi görüş keçirib və mümkün keçidlə bağlı danışıqlar aparıb.
İngiltərəli futbolçu bu mövsüm 39 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “İpsviç”in hücum xəttində əsas fiqurlardan birinə çevrilərək, yüksək səviyyəli klubların diqqətini cəlb edib.
- "Zirə" yerli futbolçunun transferini bitirmək istəyir
- “İdman həftəsi” çərçivəsində keçirilən bilyard çempionatı başa çatıb
- Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq
- 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqası, I və II Liqa oyunlarının hakimləri təsdiqlənib
- "Real Madrid" özünə müdafiəçi tapdı