Dembele 2 illik müqavilə imzalayacaq
13.07.2022 - 12:44
Fransa millisinin yarımmüdafiəçisi Usman Dembelenin “Barselona”da qalacağı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Kataloniya klubunda artıq tibbi müayinədən keçib.
23 yaşlı hücumameyilli oyunçu La Liqa təmsilçisi ilə başa çatan müqaviləsini daha 2 il müddətinə uzadacaq. Klub tezliklə onunla müqavilə imzaladığını elan edəcək.
Qeyd edək ki, Usman Dembele ötən mövsüm 32 oyunda 2 qol vurub, 13 məhsuldar ötürmə verib.
- Krunoslan Renduliç: "Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq"
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Joze Mourinyo: "Qalatasaray"ın oyununa baxmaqdansa, serial izləyərəm"
- Rəşad Sadıqov: “Turan”ın mənə etdiyi yaxşılıqları unuda bilmirəm“
- Klyuvertə Premyer Liqadan maraq
0
0